USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Birinci Qarabağ müharibəsinin əlillərinə birdəfəlik ödənişlərin verilmə tarixi açıqlandı

05.04.2022 İqtisadiyyat
0 0
“1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmətdə olarkən xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə və onlardan vəfat edənlərin ailə üzvlərinə birdəfəlik ödəmələrin verilmə vaxtı açıqlanıb.

Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Səfər Mehdiyev “Sosial saat”da bildirib ki, hazırda proses başa çatmayıb:

“Hazırda Müdafiə Nazirliyi və digər hərbi qurumlarla birgə həmin kontingentin dəqiq siyahısının müəyyən edilməsi üzərində iş gedir”.

O bildirib ki, birdəfəlik ödənişlərin iyul ayından başlanması planlaşdırılır.

Qeyd edək ki, 1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmətdə olarkən xəsarət nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə və onlardan vəfat edənlərin ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi ilə bağlı verilən sərəncama görə, I dərəcə əlilliyə görə – 8 800 manat, II dərəcə əlilliyə görə – 6 600 manat və III dərəcə əlilliyə görə – 4 400 manat veriləcək.

  • Əvvəlki

    Sabah güclü külək əsəcək, dağlara qar yağacaq

Digər xəbərlər

04.12.2024 İqtisadiyyat
Morgan Stanley proqnozunu yeniləyib
0 0
03.12.2024 İqtisadiyyat
Qızıl bahalaşacaq - AÇIQLAMA
0 0