USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyə İrana sement ixracını artırıb

13.06.2022 İqtisadiyyat
0 0
Türkiyə 2022-ci ilin yanvar-may aylarında İrana sement ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 36 faiz artıraraq 8 milyon dollara çatdırıb.

Kommersant.az-ın məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildirilib.

May ayında Türkiyə İrana sement ixracını 2021-ci ilin eyni ayı ilə müqayisədə 22,9 faiz artıraraq 1,7 milyon dollara çatdırıb.

Qeyd edək ki, 2022-ci ilin yanvar-may aylarında Türkiyənin sement ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 28,5 faiz artaraq 2,3 milyon dollara bərabər olub.