USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyənin elektrik avtomobili TOGG ilk dəfə dövlət rəsmiləri tərəfindən istifadə ediləcək

13.06.2022 İqtisadiyyat
0 0
Türkiyənin ilk elektrikli avtomobili TOGG bu ilin sonunda ilk dəfə dövlət rəsmiləri tərəfindən istifadə ediləcək.

Kommersant.az TurkicWorld-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Sənaye və Ticarət naziri Mustafa Varank bildirib.

Nazir qeyd edib ki, TOGG-un Türkiyədə satışına ilk dəfə 2023-cü ildə başlanılacaq.

Qeyd edək ki, Türkiyənin ilk elektrikli avtomobili olan TOGG 100 faiz Türkiyə tərəfindən layihələndirilib və bu layihə ölkənin sənaye mülkiyyətinə sahib qlobal marka yaratmaq məqsədi ilə həyata keçirilib.

Xatırladaq ki, TOGG-un elektrik krossover SUV C seqmentinin və elektrik sedanın prototipləri 2019-cu ilin dekabrında təqdim edilib.

  • Əvvəlki

    Türkiyə İrana sement ixracını artırıb

Digər xəbərlər