USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ və Avropa Ukrayna taxılının ixracı üçün sərhəddə anbarlar tikəcək

15.06.2022 İqtisadiyyat
1 0
Amerika Birləşmiş Ştatları Avropadan olan tərəfdaşları ilə birlikdə Ukraynada bloklanmış taxılın dəmir yolu ilə ixracı planı üzərində işləyir.

Bunu ABŞ Prezidenti Co Bayden seçicilər qarşısında çıxışı zamanı deyib.

Bunun üçün müvəqqəti taxıl anbarları sisteminin yaradılması nəzərdə tutulur.

Amerika prezidenti xatırladıb ki, Rusiyanın Ukraynada başlatdığı müharibə səbəbindən 20 milyon tona yaxın taxılın ixracının qarşısı alınıb. Baydenin sözlərinə görə, taxıl Qara dəniz vasitəsilə ixrac edilə bilməz, çünki o, dənizdə yararsız hala düşəcək.

Bu səbəbdən ABŞ və bir sıra Avropa ölkələri Ukraynadan dəmir yolu ilə taxıl ixracı planı üzərində sıx əməkdaşlıq edir. Bayden bildirib ki, Ukrayna sərhədində bununla bağlı müvəqqəti liftlər tikiləcək.