USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Apple” yenidən dünyanın ən bahalı markası olub

16.06.2022 İqtisadiyyat
0 0
“Apple” şirkəti dünyanın ən bahalı markaları reytinqində yenidən birinci olub, Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir. Vurğulanır ki, korporasiyanın dəyəri 55% – 947 milyard dollara qədər artıb.

Dünyanın ən bahalı markalarının ilk üçlüyünə həmçinin “Google” (+48%, 820 milyard dollar) və “Amazon” (+3%, 705.6 milyard dollar) da daxil olublar.

2022-ci ilin birinci rübündə “Apple”ın mənfəəti analitiklərin gözləntilərini aşıb və 11% artıb. Nəticədə, şirkət rekord 123.9 milyard dollar qazana bilib.

“Lüks” markalar da müstəsna performans nümayiş etdiriblər: bütün kateqoriyalar üzrə ən sürətlə böyüyən marka “Cartier” dəyərini 88% artıraraq 10 milyard dollara çatdırıb.

Qeyd edə ki, reytinqin yeni üzvləri 11 şirkət olub, onlar sırasında “Aramco” (16-cı yer), “Infosys” (64-cü yer), “Mercado Libre” (71-ci yer) və “Kuaishou” (82-ci yer) yer alır. Tam siyahıya buradan baxa bilərsiniz.