USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

AMB rəqəmsal manat konsepsiyası üzərində işləyir

16.06.2022 İqtisadiyyat
0 0
Azərbaycan Mərkəzi Bankı rəqəmsal manat konsepsiyası üzərində işləyir.

Bunu Mərkəzi Bankın Ödəniş sistemləri və hesablaşmalar departamentinin Milli ödəniş sistemlərinin inkişafı şöbəsinin mütəxəssisi Rəşad Qasımov Bakıda keçirilən maliyyə texnologiyaları sammitində deyib.

Onun sözlərinə görə, hazırda bu sahədə qabaqcıl dünya təcrübəsi öyrənilir.

“Rəqəmsal valyuta ödənişlərin nağdsız mühitə keçirilməsini sürətləndirə bilər”, – deyə o bildirib.