USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Nobel mükafatlı iqtisadçı Avro bölgəsinin dağılacağını gözləyir

02.07.2018 İqtisadiyyat
0 0
Nobel mükafatlı iqtisadçı Cozef Stiglitz, Avro Zonasında baş verən son proseslər və bunun ortaq pul vahidinə (Avro) təsirləriə dair məqalə yazıb.

"Kommersant" xəbər verir ki, Stiglitz, "Avro Bölgəsi üzrə siyasi liderlər bir dalan girirlər: Vətəndaşlar Avropa Birliyində qalmaq istəyirlər, eyni zamanda da qənaət tədbirlərinə son qoymaq və rifahın geri gəlməsini də istəyirlər. Bunun yalnız bir nəticəsi ola bilər: Daha çox acı, daha çox işsizlik və hətta daha yavaş iqtisadi artım"- ifadələrini istifadə edib.

İqtisadçı qeyd edib ki, "İtaliya, avronun bazara çıxışından bu yana pis performans göstərir. 2016-dakı real (inflyasiyaya görə nizamlanmış) ÜDM, 2001-dəki ilə eyni idi. Bir bütün olaraq Avro Bölgəsi də yaxşı vəziyyət nümayiş etdirmir. 2008-dən 2016-ya qədər real ÜDM bütövlükdə yalnız 3 faiz artıb. 2000-ci ildə, Avro bazara çıxarıldıqdan bir il sonra ABŞ iqtisadiyyatı Avro Zonasından yalnız 13% daha böyükdü; 2016-ci ilə gəldikdə isə 26% daha böyükdü. 2017-ci ildə təxminən 2,4%-lik bir böyümə baş verdikdən sonra - bu on illik bir zəifliyin zərərini tərsinə döndərmək üçün kifayət deyil - Avro Bölgəsi iqtisadiyyatı gücünü itirməyə başlayıb".

"Avro uğursuz bir sistemdir. Avropa hökumətlərin funksionallığını (faiz və valyuta məzənnələrində) azaldıb", -iqtisadçı əlavə edib.

Cozef Stiglitzə görə, Avro bölgəsi gələcəkdə dağılacaqdır.