USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

İndex.az-ın 3 yaşı tamam olur

01.07.2022 İqtisadiyyat
0 0
Bu gün İndex.az xəbər saytının 3 yaşı tamam olur.

İndex.az 2019-cu il iyulun 1-də yaradılıb.

Saytın yaradılmasında məqsəd ölkə və dünya iqtisadiyyatının bütün sahələrində baş verən əhəmiyyətli son xəbərləri oxucularına çatdırmaqdır. Portalın oxucuları gündəlik olaraq ölkədə, regionda və dünyada baş verən iqtisadi, o cümlədən maliyyə, bank və sığorta, energetika, turizm və biznes sektoruna aid ən vacib xəbərlərlə tanış olmaq imkanı əldə edir.

Portal bütün bunlarla yanaşı, sosial xəbərlər, kənd təsərrüfatı sahəsi və avtomobil dünyasında baş verən yenilikləri də oxucularının diqqətinə çatdırır. Həmçinin, oxucular portalda aktual iqtisadi mövzularla bağlı müsahibələri və analitik məqalələri oxuya bilərlər.

Bundan başqa, İndex.az iqtisadiyyat, maliyyə və biznes portalı iqtisadi maarifçilik xarakterli yazılar yayımlamaqdadır. İqtisadiyyat və maliyyə sektoruna aid xəbərlər hazırlamaqla yanaşı, digər etibarlı agentlik və portalların xəbərlərinə də istinad edilməklə yayımlanır.

Portal tam olaraq müstəqil media siyasəti həyata keçirir və hər bir oxucusuna İndex.az oxuduğu üçün təşəkkür edir!