USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Jurnalistlər sentyabrda güzəştli ipotekadan yararlana biləcək

20.07.2022 İqtisadiyyat
0 0
"Media reyestri fəaliyyətə başladıqdan sonra jurnalistlərin güzəştli ipotekadan istifadə etmək hüquqları mümkün olacaq".

Bunu Medianın İnkişafı Agentliyinin icraı direktoru Əhməd İsmayılov ASAN Radionun "QəbuldaASAN" verilişində deyib. O bildirib ki, hal-hazırda media reyestri ilə bağlı proqram təminatı üzərində iş yekunlaşmaq üzrədir:

"Düşünürük ki, sentyabr ayının sonuna qədər bu işlər yekunlaşacaq və reyestr fəaliyyətə başlayacaq. Növbəti etapda jurnalistlərimizin güzəştli ipotekadan yararlanması üçün hüquqi baza və infrastruktur mövcud olacaq".