USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“S&P” manatın məzənnəsinin sabit qalacağını proqnozlaşdırır

25.07.2022 İqtisadiyyat
0 0
Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta bazarına müntəzəm müdaxilələri ilə manatın ABŞ dolları qarşısnda məzənnəsi bir dollar üçün 1.7 manat səviyyəsində sabit qalacaq.

Bu barədə “S&P Global Ratings” beynəlxalq reytinq agentliyinin Azərbaycanın xarici və milli valyutada uzunmüddətli və qısamüddətli suveren kredit reytinqlərinin “BB+/B” səviyyəsində təsdiq edilməsinə dair məlumatında deyilir.

“Ancaq, karbohidrogen qiymətləri kəskin şəkildə aşağı düşərsə və uzun müddət aşağı səviyyələrdə qalsa, hökumət məzənnəyə düzəlişlər etməyi düşünə bilər. Bu, Mərkəzi Bankın 2015-ci ildə yaşadığına bənzər valyuta ehtiyatlarının əhəmiyyətli dərəcədə itirilməsinin qarşısını almağa kömək edəcək”, – “S&P” bildirib.

Agentlik “Brent” markalı neftin bu il orta hesabla 102 ABŞ dolları/barel, 2023-cü ildə 85 ABŞ dolları və 2024-2025-ci illərdə isə orta hesabla 55 ABŞ dolları/barel səviyyəsində olacağını gözləyir.

Bununla bağlı olaraq, agentlik 2026-cı ilə qədər manatın ABŞ dollarına nisbətdə məzənnəsinin 1.7 manat səviyyəsində qalacağını proqnozlaşdırır.

report

  • Əvvəlki

    AccessBank 2022-ci ilin ikinci rübünün maliyyə hesabatını açıqladı

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0