USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Utair” sabahdan Samara-Bakı üzrə uçuşlara başlayacaq

27.07.2022 İqtisadiyyat
0 0
İyulun 28-dən etibarən Rusiyanın “Utair” aviaşirkəti Samara-Bakı reysi üzrə uçuşlara başlayacaq.

Uçuşlar cümə axşamı və bazar günləri yerinə yetiriləcək. Biletin qiyməti 7560 rubldan (213 manatdan) başlayır.

“Utair”in prezidenti Oleq Semenovun sözlərinə görə, şirkət region sakinlərinin müraciəti əsasında yeni istiqamətlər açmağı planlaşdırır.

“Biz daha bir beynəlxalq reys aşırıq, əminik ki, buna tələbat olacaq”, – deyə Oleq Semenovun qeyd edib.

Xatırladaq ki, hazırda Samara-Bakı marşrutu üzrə uçuşlar “İrAvia” aviaşirkəti tərəfindən həyata keçirilir.