CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 3-də 102,19 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,38 dollar/barel azdır
Bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.
FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 100,29 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 2,11 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 63,71 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstərici ilə müqayisədə 2,12 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 103,15 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 3,41 dollar/barel azdır.