USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyənin sənaye sektoru üzrə ixracatı tarixi maksimuma çatıb

05.08.2022 İqtisadiyyat
0 0
Türkiyənin sənaye sektoru bu ilin yanvar-iyul aylarında 107.76 mlrd. ABŞ dollarlıq ixracatla tarixi maksimuma çatıb.

İlin ilk yeddi ayında sənaye sektorunun ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 17.5% artıb.

Türkiyənin ixrac səbətində sektorun payı 74.6% təşkil edib.

Türkiyənin sənaye məhsullarına ən çox tələbat Almaniyadan olub. Bu ölkəyə 97.9 mln. dollarlıq dəri və dəri məmulatları, 577.4 mln. dollarlıq maşın və ehtiyat hissələri, 1.3 mlrd. dollarlıq qara və əlvan metallar, 405.4 mln. dollarlıq kondisioner məhsulları, 2.2 mlrd. dollarlıq hazır geyim və aksesuarlar ixrac edilib.

İlin əvvəlindən Hollandiyaya kimya məhsullarının ixracı 1.5 mlrd. dollar, Böyük Britaniyaya elektronika ixracı 901.3 mln. dollara çatıb.

Bununla yanaşı İtaliyaya toxuculuq və xammal ixracından 635.1 mln. dollar, İsrailə polad ixracından 950.6 mln. dollar, ABŞ-a sement, şüşə keramika və üyüdülmüş məmulatlar ixracından 573.2 mln. dollar, zərgərlik məmulatları ixracından isə 553.6 mln. dollar gəlir əldə edilib.

  • Əvvəlki

    Çinin ABŞ-dakı səfiri Ağ Evə çağırılıb

Digər xəbərlər

25.04.2024 İqtisadiyyat
Azərbaycan nefti bahalaşıb
0 0
25.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0