USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan Mərkəzi Bankı daha bir şirkəti cərimələdi

16.08.2022 İqtisadiyyat
0 0
Azərbayacan Mərkəzi Bankı “Avromed Company” QSC barəsində məhkəməyə müraciət edib.

Mərkəzi Bank “Avromed Company” QSC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə cərimə protokolu tərtib edib, Nizami Rayon Məhkəməsinə göndərib.

Bu maddə İXM-də valyuta tənzimi qaydaları pozulmasına görədir.

Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Şirkət nə zaman cərimələnir?

Sahibkar müqavilə bağlayaraq, xarici şirkətə ödəniş edib, sövdələşdiyi vaxt yox, 2 il müddət çərçivəsində malı həmin şirkətdən ya almalı, ya da ödədiyi maliyyə vəsaitini geri qaytarmalıdır. Bunlara əməl etmək mümkün olmadıqda isə sahibkarlara Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən, müqavilə məbləğinin 20-30 faizi civarında cərimə protokolu tərtib olunur.

  • Əvvəlki

    Ali məktəblərə ixtisas seçimi başlayır

Digər xəbərlər

18.03.2024 İqtisadiyyat
İraq neft ixracını azaldacaq
0 0
18.03.2024 İqtisadiyyat
Morgan Stanley-dən neft proqnozu
0 0