USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avropa Komissiyası Rusiya qazının qiymət həddinin iki variantını təklif edib

06.09.2022 İqtisadiyyat
0 0
Avropa Komissiyası Avropa İttifaqına üzv ölkələrə Rusiyadan qazın qiymətini məhdudlaşdırmaq üçün iki variant təklif edib.

"Kommersant.az"ın məlumatına görə, bu barədə "Financial Times" qəzeti müvafiq sənədə istinadən bildirib.

Məlumata əsasən, birinci variant ya Rusiya Federasiyasından idxal olunan bütün qaz üçün maksimum qiymət həddinin tətbiqini, ya da yanacağın qiymətləri ilə bağlı danışıqlar aparacaq Rusiya qazının vahid alıcısının yaradılmasını nəzərdə tutur.

İkinci variant qaz tədarükündə fasilələr riskinin dərəcəsindən asılı olaraq Aİ ölkələrinin qırmızı və yaşıl zonalara bölünməsini nəzərdə tutur. Qırmızı zonada qiymətlər məhdudlaşdırıla bilər, yaşıl zonada isə qiymətlər qırmızı zona ölkələrinə qaz axınını asanlaşdırmaq üçün kifayət qədər yüksək qala bilər.

  • Əvvəlki

    Turistler Bakida Ne Qeder Pul Xercleyir? - Sorgu

Digər xəbərlər

03.07.2025 İqtisadiyyat
AMB bu MMC-yə müddətsiz lisenziya verib
0 0
03.07.2025 İqtisadiyyat
Gömrük yığımları azalıb
0 0