USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda bağlanmış əmək müqavilələrinin sayı nə qədərdir - RƏSMİ

12.09.2022 İqtisadiyyat
0 0
İqtisadiyyat naziri Mikayıl Cabbarov cari ilin 1 sentyabrına olan əmək müqavilələrinin sayını açıqlayıb.

"Kommersant.az" xəbər verir ki, nazir bununla bağlı rəsmi Twitter hesabında paylaşım edib.

Paylaşıma əsasən, 2019-cu ilin əvvəli ilə müqayisədə bağlanmış əmək müqavilələrinin sayı 290.4 min ədəd artıb və 2022-ci ilin 1 sentyabrına 1 milyon 692 mini ötüb. Qeyri-neft sektorunun özəl bölməsində isə bu göstərici 260.4 min ədəd artaraq 800.3 min təşkil edib.