Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) BMT-nin layihəsi çərçivəsində xeyriyyə aksiyası keçirib.
ASA-dan verilən məlumata görə, Azərbaycan Sığortaçılar Assosiasiyası BMT-nin “Uşaqəməyinin istismarına qarşı mübarizə” çərçivəsində layihələrin həyata keçirilməsinə dair təşəbbüsünə qoşularaq artıq ikinci ildirtəşkil etdiyi xeyriyyə aksiyasını uğurlayekunlaşdırıb.
Məlumatda bildirilir ki, Azərbaycan SığortaçılarAssosiasiyasının “Daha sağlam və sığortalıgələcək üçün” şüarı ilə başlatdığı xeyriyyəaksiyasına yerli sığorta şirkətləri də qoşulub.
Xeyriyyə layihəsi çərçivəsində sığortaşirkətlərinin ianələri əsasında toplanmışməktəbli ləvazimatları aztəminatlı ailələrə, şəhid və qazi övladlarına, eyni zamanda uşaqsığınacaqlarındakı ümumilikdə 120 nəfərməktəbliyə tədarük edilib.
ASA-nın məlumatına görə, bu kimi korporativsosial məsuliyyət layihələri növbəti dövrərzində də sığorta şirkətlərinin dəstəyi ilə mütəmadi olaraq həyata keçiriləcək.
Qeyd edək ki, hesabata görə, bu gün dünyada160 milyona yaxın uşağın əməyi istismar edilir.Məhz bu məqsədlə də BMT 2021-ci ili “Uşaqəməyinin istismarının aradan qaldırılması ili” elan edib. Təşkilatın bu istiqamətdə başlıcahədəfi 2025-ci ilə qədər uşaq əməyininistismarının qarşısının tamamilə alınmasıyönündə layihələrin mütəmadi olaraq həyata keçirilməsidir.