USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Uçot dərəcəsi artdı - Manatı nə gözləyir?

22.09.2022 İqtisadiyyat
0 0
“ABŞ-ın mərkəzi bank funksiyasında olan Federal Ehtiyat Sistemi (FED) 21 sentyabr 2022-ci il iclasında uçot dərəcəsini 75 baza bəndi (0,75%) artırıb. Bununla da uçot faiz dərəcəsi 2,50%-dən 3,25%-ə qaldırılıb. Bu artım dünyada dolların bahalaşmasına gətirib çıxaracaq. Digər valyutaların məzənnələri isə enəcək. Bu, bütün dünya üzrə kəskin qiymət artımından xəbər verir. Onsuz da hazırda artım davam edir”.

Bu sözləri açıqlamasında ekspert Əkrəm Həsənov deyib.

Ə.Həsənov "Manatı nə gözləyir?" sualına isə belə cavab verib: “Azərbaycanın milli vayutası üçün təhlükə görmürəm. Ona görə ki, paralel olaraq neftin də qiyməti qalxır. Bizim də valyuta ehtiyatlarımız neftdən gəlir. Valyuta ehtiyatlarımız son dövrdə kifayət qədər artıb. Buna görə də məzənnəni sabit saxlamaq Mərkəzi Bank üçün heç bir problem yaratmır. Amma ölkədə qiymət artımı prosesinin davam etməsi də qaçılmazdır”.

  • Əvvəlki

    50 min manatdan yuxarı qanunsuz pul köçürənlər cinayət məsuliyyətinə cəlb olunacaq

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0
23.04.2024 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0