USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Facebook”un fəaliyyətində problem yaranıb

03.07.2018 İqtisadiyyat
0 0
Məşhur sosial şəbəkədə yaranmış problem 800 mindən çox insana təsir edib.

"Kommersant" xəbər verir ki, "Facebook", fəaliyyətində problem olduğunu təsdiqləyib. Belə ki, problem istifadəçilərin "bloklama əməliyyatı" zamanı baş verib. Blok edilmiş bir istifadəçi digəri haqqında hər hansı məlumatı görməməli olduğu halda, informasiyaların açıq qaldığı hesablar olub.

"Facebook" məsələ ilə bağlı açıqlamasında problemin 29 may-5 iyun tarixləri arasında baş verdiyini və hazırda tamamilə həll olunduğunu deyib.