USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda daşınmaz əmlakla bağlı daha 5 xidmət ödənişli ola bilər

30.09.2022 İqtisadiyyat
0 0
Azərbaycanda daşınmaz əmlakla bağlı daha 5 xidmət ödənişli ola bilər.

Bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə daşınmaz əmlakın ilkin və təkrar texniki inventarlaşdırılması, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi və başqasına keçməsi ilə bağlı daşınmaz əmlak barədə məlumatların yoxlanılması və dövlət reyestrinə daxil edilməsi, daşınmaz əmlakın hüquq sahibi, təsviri və ünvanı barədə dövlət reyestrindən məlumatların verilməsi, sxematik ünvan planlarının tərtibi, hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu və verilməsi ilə bağlı mobil xidmətlərin göstərilməsi, torpaq kadastr məlumatları və çöl-ölçmə işlərinin nəticələri əsasında torpaq sahəsinə dair mütəxəssis rəyinin verilməsi ilə bağlı göstərilən xidmətlərə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi məbləğdə xidmət haqları ödəniləcək.

Qanun layihəsi aşağıdakı xidmətlərə görə xidmət haqlarının tutulmasının hüquqi əsaslarını müəyyən edir:

– daşınmaz əmlakın ilkin və təkrar texniki inventarlaşdırılması;

– daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi və başqasına keçməsi ilə bağlı daşınmaz əmlak barədə məlumatların yoxlanılması və dövlət reyestrinə daxil edilməsi;

– daşınmaz əmlakın hüquq sahibi, təsviri və ünvanı barədə dövlət reyestrindən məlumatların verilməsi;

– sxematik ünvan planlarının tərtibi, hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu və verilməsi ilə bağlı mobil xidmətlərin göstərilməsi;

– torpaq kadastr məlumatları və çöl-ölçmə işlərinin nəticələri əsasında torpaq sahəsinə dair mütəxəssis rəyinin verilməsi.

Müzakirələrdən sonra dəyişiklik layihəsi I oxunuşda qəbul edilib.

  • Əvvəlki

    Mərkəzi Bank milyonluq tenderlərin qalibini cərimələyir

Digər xəbərlər