USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Apple” qulaqlıq istehsalını Hindistana köçürür

05.10.2022 İqtisadiyyat
0 0
“Apple”ın tərəfdaşı olan “Foxconn” şirkəti Hindistanda “Beats” qulaqlıqlarını istehsal etməyə hazırlaşır və “AirPods” istehsalını da bura köçürməyə ümid edir, Banker.az bu barədə xarici mediaya istinadən xəbər verir.

İlin əvvəlində “Apple” Hindistanda iPhone 13 istehsalına başlayıb və sentyabrda iPhone 14 və iPad üçün də oxşar planlarının olduğunu açıqlayıb. “Bloomberg”in məlumatına görə, aprel-avqust aylarında Hindistandan iPhone ixracı 1 milyard dolları ötüb. 2023-cü ilin martına qədər bu rəqəmin 2.5 milyard dollara çatacağı gözlənilir.

Xatırladaq ki, ABŞ-ın texnologiya nəhəngləri öz məhsullarının istehsalını Çindən çıxarmağa başlayıblar.

  • Əvvəlki

    Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul etdi - YENİLƏNDİ

Digər xəbərlər