USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiyalı iş adamı Vladimir Svinin Azərbaycan bazarına girir

06.10.2022 İqtisadiyyat
0 0
Rusiyada daşınmaz əmlak bazarında şirkətlər sahibi olan Vladimir Svinin Azərbaycanda da şirkət açıb.

Kommersant.az xəbər verir ki, V.Sivinin Bakıda “Oxota Qrupp OOO”nun törəməsi olan “Oxta Qrupp Baku” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilib. Şirkətə V.Sivinin özü rəhbərlik edəcək.

Şirkət Bakı şəhəri Yasamal rayonu, Hüseyn Cavid pr. ev.21, 520-Cİ məhəllə m.6-da qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 600 000 manat təşkil edir.

“Okhta Group” şirkəti 2003-cü ildə yaradılıb. Şirkətin qarşıya qoyduğu əsas məqsəd – danışmaz əmlak bazarında ümumi qəbul edilmiş qlobal investisiya biznesi təcrübələrindən istifadə etməklə effektiv işləməkdir.

Yeni şirkətə Rusiya investisiya bazarının qabaqcıllarından olan Vladimir Svinin rəhbərlik edir.