USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanın xaricə pomidor satışından gəliri daha da artıb

18.10.2022 İqtisadiyyat
0 0
2022-ci ilin ilk 9 ayı ərzində Azərbaycandan 134 milyon 279 min dollar dəyərində 112 354 ton pomidor ixrac edilib.

"Kommersant.az" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatında bildirilir.

2021-ci ilin ilk 9 ayı ərzində Azərbaycandan 128 milyon 243 min dollar dəyərində 119 138 ton pomidor ixrac edilmişdi. Beləliklə, pomidor ixracı dəyər ifadəsilə 5% artıb, miqdar ifadəsilə 6% azalıb.

2022-ci ilin təkcə sentyabr ayında Azərbaycandan 6 milyon 36 min dollar dəyərində 6 784 ton pomidor ixrac edilmişdir.