USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Sədərək” və “Binə” ticarət mərkəzlərinə tramvayın çəkilməsi çox müsbət nəticə verə bilər

24.10.2022 İqtisadiyyat
0 0
“Bakıda yaşanan tıxac problemində, düşünürəm, əsas amillərdən biri nəzərdən qaçırılır. Bu gün "Sədərək" və "Binə" ticarət mərkəzlərində ümumilikdə 50-60 min sahibkar fəaliyyət göstərir. Üstə gəl, burada çalışan digər işçilər. Vaxtilə bu ticarət mərkəzləri hava limanı yaxınlığında yerləşirdi. Bu səbəbdən orada çalışan çox insan, əsasən, Binə qəsəbəsi, Suraxanı rayonu, Günəşli, Əhmədli qəsəbələri və Nizami rayonunda məskunlaşıblar. Deməli, hər gün bu qədər insan o ticarət mərkəzlərinə axışır, həmçinin o qədər də müştəri. Demək olar ki, gündə 100 minə yaxın avtomobil şəhərin bir istiqamətindən digər istiqamətinə hərəkət edir. Bu, çox böyük axındır”.

Bu sözləri iqtisadçı-ekspert Eyyub Kərimli deyib.

“Nəzərə alsaq ki, həmin ticarət mərkəzlərinə yol əsasən şəhərin Neftçilər və Ziya Bünyadov prospektindən keçir, onda yaşanan sıxlığın səbəblərindən birini də qeyd etmək vacibdir. Bu gün çox az metro stansiyasından həmin istiqamətlərə avtobuslar işləyir. Əsasən də “Koroğlu” metrosundan. Hər səhər orada 1 manatlıq taksilər insanları daşımaq üçün tıxac yaradırlar. Digər istiqamət də “20 Yanvar” metrosunun ətrafındadır. Bunun üçün, düşünürəm ki, “Sədərək” və “Binə” ticarət mərkəzlərinə tramvayın çəkilməsi çox müsbət nəticə verə bilər. Əvvəllər qeyd etdiyim kimi, dəniz nəqliyyatının fəaliyyətə başlaması da ictimai nəqliyyatın yükünü azaldar. Məsələn, Şıxov tərəfdən başlayaraq Bilgəh və Nardarana qədər uzana biləcək dəniz yolu insanların daha tez və rahat şəhərin bir başından o biri başına çatmalarına şərait yarada bilər. Bu daha tez və az maliyyə tutumuna başa gələr, nəinki metro stansiyaların inşası. Fikrimcə, metro stansiyaları tikilənə qədər dəniz nəqliyyatı ən yaxşı, ucuz və effektiv bir həll yolu ola bilər”.

  • Əvvəlki

    Dövlət qulluğuna imtahan vermiş namizədlərin nəticələrinə dəyişiklik ediləcək

Digər xəbərlər