USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda müdafiə və təhlükəsizlik xərcləri artırılır

25.10.2022 İqtisadiyyat
0 0
Azərbaycanda müdafiə və milli təhlükəsizlik xərclərinin artırılması nəzərdə tutulur.

Bununla bağlı “2023-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsində bildirilir.

Qeyd olunur ki, ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi və milli təhlükəsizliyinin təmin edilməsi dövlət büdcəsinin əsas prioritet xərci olaraq qalmaqdadır.

2023-cü ilin dövlət büdcəsində bu məqsədlə 5,3 milyard manat vəsait nəzərdə tutulub ki, bu da 2021-ci illə müqayisədə 17,1 faiz çoxdur.