USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bakı metrosunda qiymət artırılır? - RƏSMİ AÇIQLAMA

27.10.2022 İqtisadiyyat
0 0
Bakı metrosunda bu il və gələn il qiymət artımı olmayacaq.

"Kommersant.az" xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov jurnalistlərə açıqlaması zamanı bildirib.

"Metropoliten tərəfindən bununla bağlı Tarif Şurasına heç bir müraciət olunmayıb və müraciət olunması gözlənilmir", - Hidayət Məmmədov bildirib.