USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan Fransa və İngiltərədən idxala müvəqqəti məhdudiyyət qoyub

02.11.2022 İqtisadiyyat
0 0
Azərbaycana İngiltərənin Yorkşir-Humber, Cənub-Qərbi İngiltərə və Şimal-Qərbi İngiltərə regionlarından, Fransanın isə İl-de-Frans regionundan diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (quş qripi viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına və ölkə ərazisindən tranzit daşınmasına müvəqqəti məhdudiyyət tətbiq olunub. Banker.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, buna səbəb qeyd olunan regionlarda yüksək patogen quş qripi xəstəliyi qeydə alınması ilə bağlı Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının rəsmi məlumatıdır.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan regionlardan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.

  • Əvvəlki

    “Ferrum Kapital” Mover şirkətini kreditə görə məhkəməyə verib

Digər xəbərlər