USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycana idxal edilən kərə yağları 38% bahalaşıb

17.11.2022 İqtisadiyyat
0 0
Azərbaycana idxal edilən kərə yağına çəkilən xərc artıb.

"Kommersant.az" xəbər verir ki, 1 ton kərə yağının orta statistik dəyəri ötən ilin ilk 10 ayında 5171 dollar ikən, cari ilin ilk 10 ayında 5770 dollar təşkil edib.

2022-cilin ilk 10 ayında Azərbaycana 89 milyon 400 min dollar dəyərində 15 495 ton kərə yağı idxal edilib. Ötən ilin eyni dövründə 64 milyon 574 min dollar dəyərində 12 488 ton kərə yağı idxal edilmişdi. Belə ki, idxal edilən kərə yağının dəyəri 38%, miqdarı isə 24% artıb.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 20 748.2 ton kərə yağı istehsal edilib ki, bu da illik müqayisədə 2.8% azalıb.

  • Əvvəlki

    Dünya bazarında neft qiymətləri necə dəyişib?

Digər xəbərlər