USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda təyyarə biletlərinin qiyməti neçəyədir?

18.11.2022 İqtisadiyyat
0 0
Araşdırmada məlum olub ki, MDB ölkələrinə beynəlxalq reyslər üzrə qiymətlər hava nəqliyyatındakı ən yüksək qiymətlər olaraq qalmağa davam edir. MDB ölkələri istisna olmaqla, beynəlxalq reyslərdə biletin qiyməti isə 1 il ərzində 200 manata yaxın artıb. Respublikanın daxilində hava nəqliyyatının qiyməti 5 ay öncəki artımdan sonra sabit qalıb.

Belə ki, Dövlət Statistika Komitəsinin hesabatına əsasən, cari ilin oktyabr ayında hava sərnişindaşıma nəqliyyatı xidməti MDB ölkələrinə beynəlxalq reyslər üzrə 1 gedişin orta qiyməti sentyabr ayı ilə müqayisədə 234.55 manat və ya 17.6% artıb. Belə ki, sentyabrda 1332.65 manat olan biletin qiyməti oktyabrda 1098,10 manat təşkil edib. Qeyd edək ki, ilin ilk 10 ayı ərzində ən ucuz orta qiymət fevralda olub – 888.70 manat. Sonrakı ayların hər birində orta qiymət min manatdan çox olub. Ən baha qiymət martda qeydə alınıb – 1754,54 manat.

MDB ölkələrinə biletin qiymətindəki artım illik müqayisədə də müşahidə olunur. Belə ki, ötən ilin oktyabr ayında orta qiymət 1054.57 manat idi. Bu da o deməkdir ki, illik müqayisədə cari ilin oktyabrındakı orta qiymət 43.53 manat və ya 4.1% artıb.

MDB ölkələri istisna olmaqla, beynəlxalq reyslər üzrə orta qiymət 2022-ci ilin oktyabr ayında sentyabr ayı ilə müqayisədə 15.93 manat və ya 1.9% azalsa da, 2021-ci ilin oktyabr ayına nisbətən 177.68 manat və ya 27.5% artıb. Ötən ilin oktaybrında orta qiymət 647.22 manat, cari ilin sentyabrında 840.83 manat, cari ilin oktyabrında 824.90 manat olub. Ümumilikdə isə, 2022-ci ilin ilk 10 ayı ərzində ən ucuz orta qiymət fevralda – 609.71 manat, ən baha orta qiymət isə avqustda – 911.82 manat olub.

2022-ci ilin oktyabr ayında respublikanın daxilində hava sərnişindaşıma nəqliyyatı xidmətində 1 gedişin orta qiyməti 58.79 manat təşkil edib. Qeyd edək ki, ötən il ərzində, həmçinin, cari ilin ilk 5 ayı ərzində orta qiymət 53.67 manat idi. Yaydan – konkret olaraq, iyun ayından etibarən isə qiymət 5.12 manat və ya 9.5% artaraq 58.79 manata çatdı və ardıcıl 5 aydır ki, bu qiymətdə qalıb. Xatırladaq ki, 6 iyun 2022-ci il tarixində Nazirlər Kabinetinin qərarı ilə Bakı-Naxçıvan reysinə biletlərin qiyməti 10 manat bahalaşaraq, Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətlərində aviabiletin dəyəri 60 manat məbləğində müəyyən edilib.

Banker

  • Əvvəlki

    Müavinətlərin növlərinin artırılması I oxunuşda qəbul edilib

Digər xəbərlər