USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycan buğda idxalında Rusiyanın payını azaldır, Qazaxıstanın isə artırır

21.11.2022 İqtisadiyyat
0 0
Azərbaycan 2022-ci ildə idxal etdiyi yumşaq buğdada Rusiya Federasiyasının payını azaldıb.

İdxal edilən buğdanın payında Rusiyanın payı 2021-ci ilin ilk 9n ayında 97% olduğu halda, cari ildə bu rəqəm 78%-ə düşüb.

Cari ilin ilk üç rübündə ənənəvi olaraq iki MDB ölkəsindən ümumilikdə 741.48 min ton və ya $260.71 mln.-luq yumşaq buğda idxal edib. Bunun da 581.2 min tonu, yaxud $206.19 mln.-ı Rusiyadan, 160.23 min tonu və ya $54.52 mln.-ı Qazaxıstandan alınıb.23432234342

Azərbaycan təkcə sentyabr ayında Rusiyadan 201.06 min ton ($66.95 mln.) və Qazaxıstandan isə 2.52 min tonu ($1 mln.) buğda alınıb.

Aylar üzrə qiymətlərə diqqət yetirdikdə, Azərbaycan buğdanın hər tonunu xaricdən yanvarda $347 aldığı halda, payız yığımları ərəfəsində $333-ə almış olub.

Azərbaycanda idxal edilmiş buğdanın orta dəyəri

Aylar Dəyər, $
Oktyabr 2021 288.9
Yanvar 2022 358.6
Fevral 2022 354.7
Mart 2022 314.7
Aprel 2022 343.5
May 2022 417.6
İyun 2022 424.1
İyul 2022 383.4
Avqust 2022 351.6
Sentyabr 2022 333.0

Cari ilin fevralında Rusiya-Ukrayna müharibsəinin başlaması ticarət zəncirində baş verə biləcək ticarət zənciri qırılması, Rusiyanın ixraca rüsum tətbiqi və eləcə də Ukraynanın xarici bazarlara Qara dənizdə müharibə təhdidi ilə taxılı sərbəst ticarət edə bilməməsi səbəbindən xeyli bahalaşıb. Buğdanın bir buşeli xarici birjada $8-dən $11-ə qədər bahalaşdırmışdı. Lakin indi bir qədər qiymətlər səngiyib, $8.11 səviyyəsinə qədər eniş etməklə əvvəlki qiymətlərə ticarət olunur.