USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avropada qazın qiyməti 1 300 dolları keçib

23.11.2022 İqtisadiyyat
0 0
Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 300 ABŞ dollarını ötüb.

"Kommersant.az"

xəbər verir ki, 22 noyabr tarixində dekabr fyuçerslərinin qiyməti TTF (Niderlandın “Title Transfer Facility”i – Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 1 322.7dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (1 230.8 dollar) ilə müqayisədə 7.5% çoxdur.

Xatırladaq ki, bu ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.