USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Deputat qaytarılan ƏDV-nin 20 faizə çatdırılmasını təklif etdi

23.11.2022 İqtisadiyyat
1 0
“Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, gələn ildən ƏDV-ni geri al qaydalarının dəyişdirilməsi nəzərdə tutulur. Nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə geri qaytarılan ƏDV-nin nağd əməliyyatlara görə 10 faizdən 5 faizə endirilməsi, nağdsız əməliyyatlara görə isə 15 faizdən 17,5 faizə qaldırılması təklif olunur. Təqdim edilən dəyişikliklər dünən Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin iclasında ikinci oxunuşda müzakirə olundu. Təbii ki, dəyişikliklər qeyri-nağd ödənişlərinin stimullaşdırılması baxımdan vacibdir”.

bunu deputat Vüqar Bayramov bildirib.

V.Bayramov vurğulayıb ki, ƏDV-ni geri al mexanizmində əsas məqsəd də məhz vətəndaşlarda plastik kartlardan istifadə vərdişlərinin genişləndirilməsi və institutsional olaraq nağdlı hesablaşmaların minimumlaşdırılması məqsədi daşıyır: “Bu iqtisadiyyatın ağardılması islahatlarının dərinləşdirilməs baxımdan vacib idi. Bununla yanaşı, komitə iclasında müzakirələr zamanı nağdsız əməliyyatlara görə qaytarılan ƏDV-nin 15 faizdən 17,5 faizə deyil, 20.0 faizə atırılmasını təklif etdim. Nağdlı ödənişlər üzrə 5.0 faiz bənd azalmanın olduğunu nəzərə alsaq nağdsız ödənişlər üzrə oxşar həcmdə artım məqsədəuyğun olardı. Bu plastik kartlardan istifadəyə marağı daha da artırardı. Bütövlükdə, “Vergi Məcəlləsi”nə edilən dəyişikliklər stimullaşdırıcı xarakter daşıyır və dəyişikliklər real sektorun yeni güzəştlərdən faydalanmasına imkan yaradacaq”.