USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Vergi sistemində islahatlarla bağlı məlumatlandırma kampaniyası başlayacaq

09.12.2022 İqtisadiyyat
0 0
Vergiödəyiciləri ilə qarşılıqlı etimadın artırılması və vergi siyasətinin müəyyənləşdirilməsində ictimai əməkdaşlığın iştirakı, dövlət-biznes münasibətlərində aydın münasibətlərin qurulması vergi orqanlarının daim diqqət mərkəzindədir.

"Kommersant.az" xəbər verir ki, bu münasibətlər vergi orqanları ilə biznes strukturları arasında tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsində və vergiödəyicilərinin vergi öhdəliklərinə əməletmə səviyyəsinin daha da yüksəldilməsinə öz töhfəsini verir.

Bununla yanaşı, vergi sistemində islahatlarla bağlı böyük bir məlumatlandırma kampaniyasının aparılması, işgüzar cəmiyyəti, biznesi narahat edən məsələlərlə bağlı təkliflərin alınması (“feedback” sistemi) məqsədilə müvafiq sorğuların keçirilməsi nəzərdə tutulur.

Hökumət, özəl sektor və vətəndaş cəmiyyətinin fəal dialoqu çərçivəsində qurulan bu əməkdaşlıq milli vergi sisteminin daha da irəli aparılması və iqtisadi islahatların təşviqinə xidmət edəcək.

  • Əvvəlki

    Bakı Ağır Cinayətlər Məhkəməsinə müvəqqəti sədr təyin olunub

Digər xəbərlər