USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dünyanın ən zəngin qadınları - SİYAHI

06.07.2018 İqtisadiyyat
0 0
Dünyanın ən zəngin qadınlarının adları bəlli olub.

"Kommersant" xəbər verir ki, dünya statistikasına görə varlı insanların 20%-ni qadınlar təşkil edir. Filmlərdə izlədiyimiz lyuks həyatları reallıqda da yaşayan insanlar var. Onların əksəriyyətini təşkil edən qadınların bəziləri ilə sizi tanış edəcəyik:

Shari Arison – Atası tərəfindən qurulan "Carnival Corporation"ın rəhbəri olan milyarder xanımın 5,4 milyard dollar sərvəti var.

Marian İlitch – Məşhur pizza şəbəkəsi "Little Caesars"ın sahibi olan 84 yaşlı milyarderin 5,3 milyard dollar məbləğində sərvəti var.

Ann Walton Kroenke - Wal-Martın rəhbəri olan 68 yaşlı xanım 6,5 milyard dollar məbləğində sərvətə sahibdir.

Paulin Macmillan – "Cargill"adlı şirkətin sadəcə 9%-ə sahib olan milyarderin sərvəti 7,1 milyarddır.

Laurene Powell Jobs – Apple"ın rəhbəri Steve Jobsun həyat yoldaşı Lauren 20,6 milyard dollar sərvətə sahibdir. "

Jacqueline Mars – "Mars" şirniyyat və şokolad fabriklərinin 3-də birinə sahib olan xanım milyarder 27 milyard dollar sərvətə sahibdir.

  • Əvvəlki

    Heyvandarlıq təsərrüfatlarına xəbərdarlıq

Digər xəbərlər