USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

DSMF Qəbələdə regional müşavirə keçirib

07.07.2018 İqtisadiyyat
0 0
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Qəbələ rayonunda həmin rayon, habelə Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, İsmayıllı, Ağsu, Ağdaş, Göyçay, Ucar, Kürdəmir, Mingəçevir, Naftalan, Yevlax, Bərdə rayonlarındakı şöbələrinin əməkdaşlarının iştirakı ilə regional müşavirə keçirib.

Nazilrikd\n "Kommersant"a verilən məlumata görə, müşavirədə Fondun fəaliyyət istiqamətləri üzrə görülən işlər, sosial təminat növlərinin təyinatı üzrə əhaliyə göstərilən xidmətin vəziyyəti ətraflı müzakirə edilib. Fondun direktor müavini Cavid Abdullayev sosial sığorta daxilolmaları üzrə həmin rayonlarda əldə olunan nəticələri, bu sahədə ayrı-ayrı şöbələrin büdcə proqnozlarını yerinə yetirmədiklərini, sosial sığorta edənlərlə işin təşkilində, sosial təminat növlərinin təyinatı sahəsində əhaliyə xidmətlərdə yol verilən nöqsanları diqqətə çatdırıb.

Rayon şöbələrinin hər birinin fəaliyyəti ayrı-ayrılıqda təhlil olunub. Sosial sığorta münasibətlərinin sığorta-pensiya sisteminin tələblərinə uyğun və tam şəffaf qurulması, bu sahədə fiziki və hüquqi şəxslərlə işin düzgün təşkili ilə bağlı müşavirə iştirakçılarına təlimatlar verilib. Sosial təminat növlərinin təyinatı zamanı süründürməçilik, vətəndaşların müraciətlərinin cavablandırılmasının gecikdirilməsi hallarına yol verən şöbələrin fəaliyyəti tənqid olunub. Mövcud olan nöqsan və çatışmazlıqların qısa müddətdə aradan qaldırılması tapşırılıb.

Sosial sığorta daxilolmalarında əhəmiyyətli artımların təmin edilməsi və sosial sığorta daxilolmaları üzrə büdcə proqnozlarına əməl olunması üçün zəruri tədbirlərin görülməsi, vətəndaşlarla münasibətlərdə etik davranış qaydalarının rəhbər tutulması, müraciətlərin vaxtında, tam və dolğun şəkildə cavablandırılması və s. barədə tapşırıqlar verilib.

  • Əvvəlki

    "TRT World" erməni işğalından azad edilən Azərbaycanın Günnüt kəndindən veriliş hazırlayıb

Digər xəbərlər