USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bitcoinin taleyi necə olacaq? - EKSPERT ŞƏRHİ

09.07.2018 İqtisadiyyat
0 0
Ekspertlər bu həftə ərzində bitcoinin taleyinin necə olacağı ilə bağlı proqnoz veriblər.

"Kommersant" xəbər verir ki, ekspertlərin proqnozuna görə, bu həftə ən böyük kriptovalyuta hesab olunan bitcoinin dəyəri artacaq. Belə ki, həftə ərzində bu virtual pul 7 min dollara qədər dəyər qazana bilər.

Hazırda "CoinMarketCap" 20 fərqli birjanın hesablarını nəzərə alaraq sözügedən kriptovalyutanın 3,74% artaraq 6874 min dollara çatdığını bildirir.

Bununla yanaşı, bəzi ekspertlər investorlar tərəfindən bitcoin ticarətinə marağın azaldığını və kriptovalyutanın "süni ticarət" olduğu fikrinə gəlindiyini bildiriblər.