USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

FOREX: Son bir ayda ABŞ dollarına qarşı ən çox bahalaşan valyutaların siyahısı

17.01.2023 İqtisadiyyat
0 0
ABŞ-də iqtisadi göstəricilərin açıqlanması və Federal Ehtiyat Sisteminin uçot faiz dərəcəsinə dair əyləci yavaş-yavaş sıxacağı gözləntisi ilə “greenback” ləqəbli valyutanın dəyəri son bir ayda azalmağa doğru trend aldı.

Kommersant.az foreks bazarlarındakı göstəricilərə istinadla bir çox valyutaları araşdırdı.

Öncə ondan başlayaq ki, altı əsas rəqib valyuta səbəti qarşısında formalaşan ABŞ dollarının indeksi DXY son bir ayda son onilliklərin ən yüksək zirvəsi olan 115 bənddən aşağı düşməklə 102-103 bənd aralığına baş vurdu. Bu son həftədə 0.9%, aylıq isə 2.5% dəyər itkisidir.

Ötən həftə ABŞ-də inflyasiyanın 7.1 %-dən 6.5%-ə enməsi FED-in növbəti iclaslarda faiz artımlarını daha aşağı templə davam edəcəyi ehtimalını artırdı. Bu əsas drayverdir. Ötən ay aylıq inflyasiya isə gözlənilmədən, sıfır səviyyəsində proqnoz edildiyi kimi, deyil, əksinə deflyasiya baş verdi. Bu da o deməkdir ki, indiki faiz parametrləri FED-in hədəfi olan 2%-lik inflyasiyaya doğru düşməkdədir. Digər tərəfdən isə ABŞ-ın federal banklarının rəhbərləri iclas öncəsi isə “göyərçin” (əksi: şahin) tonda çıxışları da dolların bir qədər zəifləməsi üçün zəmin yaradır.

Əsas bahalaşan valyuta Şərqi Asiya ölkələrinin valyutalarıdır.

Son bir ayda ABŞ dollarına qarşı ən çox bahalaşan yapon yenidir. USD/JPY son bir ayda 6%-ə yaxın dəyər itirdi. Yen 128 səviyyəsinə qədər bahalaşıb. Yenin digərlərindən daha çox bahalaşmasına səbəb Yapon Bankının sərtləşmə siqnallarıdır. Bir də o da xatırladılmalıdır ki, BOJ ən yumşaq pul siyasətinə sadiq qalan mərkəzi bankdır. Yapon valyutası da məhz ona görə ən çox dəyər itirən valyuta idi. İndi artıq ton dəyişir. Ucuzlaşan dollara qarşı bu güclü təsir göstərir.

Koreya vonu dollar qarşısında son ayda 5.5% bahalaşdı. USD/KRW 1 237.94 səviyyəsinə düşdü.

Əsas iqtisadiyyatlardan ikinci ən çox bahalaşan riskə həssas Avstraliya dollarıdır. AUD/USD məzənnə cütlüyü 0.6974 səviyyəyə çatmaqla həftə ərzində 1.26%, aylıq isə 4.34% bahalaşdı. Bu valyuta Asiya ölkələri ilə çox bağlıdır və məzənnəsinə ən böyük təsir Çin və Yaponiyadan gələn xəbərlərlə bağlı idi.

Dünyanın ən populyar məzənnə cütlüyü avro/dollar son bir ayda 2.3%-dən çox artaraq 1.08 səviyyəsindən yuxarıda ticarət olundu. Avrozonada enerji, əsasən də qaz qiymətlərinin bir qədər soyuması resessiya qorxularını bir qədər səngidir.

Trend indi ABŞ dollarının ucuzlaşmasına istiqamətlənsə də, Rus rublu, Argentina pesosu və Türk lirəsi uzulaşmaqdadırlar. Xüsusi ilə Rusiyada neft qiymətinə tətbiq edilən yuxarı hədd onun idxalında əhəmiyyətli təsir edir və bu sanksiya ölkənin gəlirləri ilə bağlı böyük qeyri-müəyyənliklər müəyyən edir. Ötən gün açıqlamalrda məlum oldu ki, Rusiya nefti 40-50 dollar/barrel civarında xaricə ixrac edir.

Adı Kod Məzənnə Dəyişmə
Günlük Həftəlik Aylıq
Yapon yeni USD/JPY 128.60 0.07% -2.74% -5.90%
Koreya vonu USD/KRW 1237.94 -0.32% -0.22% -5.45%
Meksika pesosu USD/MXN 18.7754 0.02% -1.43% -5.03%
Avstraliya dolları AUD/USD 0.6974 0.28% 1.26% 4.34%
Macarıstan forinti USD/HUF 368.52 0.10% -0.63% -3.77%
Cənubi Afrika randı USD/ZAR 17.0390 0.15% 0.11% -3.35%
Çex korunası USD/CZK 22.1655 0.02% -0.63% -3.09%
Çin yuanı USD/CNY 6.7630 0.43% -0.22% -2.99%
İndoneziya rupisi USD/IDR 15146 0.70% -2.73% -2.89%
Sinqapur dolları USD/SGD 1.3213 0.03% -0.74% -2.75%
ABŞ dollarının indeksi USDX 102.062 0.12% -0.88% -2.47%
Avro EUR/USD 1.0831 0.13% 0.89% 2.34%
Danimarka kronu USD/DKK 6.8678 -0.08% -0.87% -2.24%
Kanada dolları USD/CAD 1.3400 -0.05% -0.17% -2.19%
Malayziya rinqqiti USD/MYR 4.3275 0.34% -0.98% -2.14%
Polşa zlotisi USD/PLN 4.3293 -0.12% -0.92% -2.04%
Tayvan dolları USD/TWD 30.326 -0.12% -0.39% -1.48%
İsrail şekeli USD/ILS 3.4091 0.05% -1.51% -1.41%
Hindistan rupisi USD/INR 81.798 0.21% 0.24% -1.10%
İsveçrə frankı USD/CHF 0.9252 -0.13% 0.33% -0.88%
İngilis funtu GBP/USD 1.2201 0.08% 0.38% 0.50%
Qazax təngəsi USD/KZT 464.30 0.22% 0.43% -0.49%
Yeni Zelandiya dolları NZD/USD 0.6404 0.37% 0.49% 0.45%
İsveç kronu USD/SEK 10.4211 0.17% 0.11% 0.11%
Norveç kronu USD/NOK 9.8991 -0.19% -0.82% 0.21%
Gürcü larisi USD/GEL 2.6575 0.48% 0.28% 0.28%
Honkonq dolları USD/HKD 7.8165 0.07% 0.11% 0.42%
Türk lirəsi USD/TRY 18.7942 0.03% 0.13% 0.88%
Argentina pesosu USD/ARS 182.175 0.51% 1.00% 5.49%
Rus rublu USD/RUB 68.5369 -0.36% -1.81% 6.01%
  • Əvvəlki

    Davosda keçirilən forumda qlobal “metaverse” yaradılması danışılıb

Digər xəbərlər