Rusiya və Cənubi Koreyanın yeni ortaqlığı

09.07.2018 İqtisadiyyat
Rusiya və Cənubi Koreya elektrik nəqliyyat vasitələrinin inkişafı üçün mərkəz yaradılmasını müzakirə edir.

"Kommersant" xəbər verir ki, Rusiya və Cənubi Koreya birgə elektrik nəqliyyat vasitələrinin inkişafı üçün mərkəzin yaradılması ilə bağlı danışıqlar aparır. Bu barədə "İnnoprom" sənaye forumunun iclasında Rusiya Federasiyasının sənaye və ticarət naziri Denis Manturov bildirib.

Əlavə edib ki, onlar artıq nəqliyyat vasitələrinin yeni perspektivli seqmentləri barədə danışıqlara başlayıblar. "Hyundai Motors" studiyası hazırda elektrik nəqliyyat vasitələri və elektrik avtobuslarının inkişafı üçün Rusiya-Koreya mühəndis mərkəzi yaratmaq üçün Sankt-Peterburq Politexnik Universiteti ilə danışıqlar aparır.