USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“BakuBus” alqı-satqıya görə məhkəməyə verilib

18.01.2023 İqtisadiyyat
0 0
“GMC Group” MMC “BakuBus” MMC-yə qarşı iddia qaldırır.

“GMC Group” MMC Bakı Kommersiya Məhkəməsinə müraciət edərək “BakuBus” MMC ilə aralarında müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələrin – alqı-satqı müqaviləsi üzrə mübahisələr olduğunu bildirib.

Ülkər Həsənova məhkəməyə hakim təyin edilib.

Xatırladaq ki, “BakuBus” Nazirlər Kabinetinin 3 aprel 2014-cü il tarixli qərarı ilə Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb, ölkə Prezidentinin 6 iyul 2018-ci il tarixli fərmanı ilə BNA-nın tabeliyinə verilib. Hazırda onun nizamnamə kapitalı 30 milyon manatdır. Şirkət paytaxtda avtobuslarla beynəlxalq standartlara uyğun sərnişindaşıma xidməti göstərir.

Məlumata əsasən, “BakuBus”ın 2 087 925.89 manat vergi borcu var.