İranda təbii qaz təchizatı çatışmazlığı səbəbindən bəzi əyalətlərdə dövlət idarələri və bütün təhsil müəssisələri dayandırılıb. Təxminən 90 min yaşayış məntəqəsinə təbii qaz verilmir.
İran son illərin ən sərt qış mövsümünü yaşayır. İran prezidenti İbrahim Rəisi paytaxt Tehranda Beynəlxalq Qaz Şirkətinə səfərindən sonra verdiyi açıqlamada təbii qazdan istifadəni azaltmaq üçün dövlət idarələrində tətil etməyin həll yolu olmadığını, ancaq evlərdə qaz kəsilməsinin qarşısını almaq üçün bu istiqamətdə qərar verildiyini bildirib.