USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanda avtomobil benzininin istehsalı artıb

03.02.2023 İqtisadiyyat
0 0
Azərbaycanda avtomobil benzininin istehsalı artıb.

Belə ki, 2022-ci ildə neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 4136,3 milyon manat olmaqla, əvvəlki illə müqayisədə 4,2 faiz azalıb.

Avtomobil benzininin istehsalı 1,4 faiz artıb, neft bitumu istehsalı 5,5 faiz, dizel yanacağının istehsalı 15,5 faiz, neft koksunun istehsalı 18,2 faiz, neft-kimya sənayesində istifadə üçün benzin istehsalı isə 21,6 faiz, sürtkü yağlarının istehsalı 23,5 faiz, yanacaq mazutunun istehsalı isə 26,9 faiz azalıb.

Qeyd edək ki, 2021-ci ildə də Azərbaycanda avtomobil benzininin istehsalında 7,9 faiz artım qeydə alınmışdı. Qeyd olunan dövrdə Neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 4 milyard 394,6 milyon manat olmaqla, əvvəlki illə müqayisədə 13,4 faiz artmışdı.

  • Əvvəlki

    AccessBank gənc sahibkarlara 45 milyondan çox biznes krediti ayırıb

Digər xəbərlər