USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu ilin I yarısında “AzerGold” qızıl və gümüşün ixracından 48 mln. manat gəlir əldə edib

09.07.2018 İqtisadiyyat
0 0
“Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələri, Köhnəmədən sahəsi və Kürəkçay hövzəsinə dair iştirak payları “AzerGold” QSC tərəfindən yerli banklardan cəlb edilmiş kredit vəsaiti hesabına alınıb və hazırda bu kredit öhdəliyi Cəmiyyət tərəfindən uğurla təşkil edilmiş qiymətlilərin satışından gələn daxilolmalar hesabına təmin olunur”.


“Kommersant”ın məlumatına görə, bunu iyulun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında “AzerGold” QSC-nin sədri Zakir İrahimov deyib. Onun sözlərinə görə, dağ-mədən hasilat sahəsinin inkişafı istiqamətində “AzerGold” QSC-nin ilk hədəfi Daşkəsəndə yerləşən Çovdar qızıl mədəninin fəaliyyətinin bərpası, yerli əhalinin işlə təmin olunması və gəlirlərin formalaşdırılması olub: “Bu məqsədlə qısa müddət ərzində müxtəlif təyinatlı təmir-tikinti işləri təşkil edilib, mədənin fəaliyyəti bərpa olunub, optimallaşdırılıb, istehsalat 24 saatlıq iş rejiminə keçirilib, işçilərin iş şəraiti təkmilləşdirilib, aktiv hasilat işlərinə başlanılıb və bu işlər bu gün də uğurla davam etdirilməkdədir. Hasilatın bərpası qiymətli metalların ixracını aktuallaşdırdı. Dünya metal birja bazarlarının tələblərini nəzərə alaraq, qiymətli metalların beynəlxalq standartlara uyğun saflaşdırılması üçün saflaşdırma şirkətləri hasilatçılar qarşısında texnoloji, ətraf mühit, şəffaflıq və digər parametrlər üzrə çox mürəkkəb şərtlər qoyur. Qürurla deyə bilərik ki, “AzerGold” QSC çoxsaylı audit və yoxlama prosedurlarını uğurla keçərək bir sıra beynəlxalq saflaşdırma şirkətləri tərəfindən müsbət rəy alıb, daha əlverişli kommersiya şərtləri təklif edən İsveçrənin dünyaca məşhur “Argor-Heraeus” şirkəti ilə 2017-ci ilin aprel ayında müqavilə imzalayıb və Çovdar qızıl mədənində hasil edilən qızıl və gümüşün ixracını həyata keçirməyə başlayıb”.

Z.İbrahimov qeyd edib ki, 2017-ci ilin aprel-dekabr ayları ərzində 60,3 min unsiya qızıl, 86,4 min unsiya gümüşün ixracı və beynəlxalq bazarlarda satışından 131,5 milyon manat, 2018-ci ilin birinci yarısında 20,7 min unsiya qızıl, 28,2 min unsiya gümüşün ixracı və beynəlxalq bazarlarda satışından 47,9 milyon manat, ümumilikdə isə 81,1 min unsiya qızılın, 114,6 min unsiya gümüşün satışı nəticəsində 178 milyon manatdan çox gəlir əldə edilib: “Qazanılan yüksək göstəricilər 2017-ci ildə “AzerGold” QSC-ni qeyri-neft sektorunun sənaye məhsullarının ixracında lider mövqelərə yüksəltdi. Bu gəlirlərin hesabına Cəmiyyət dövlət büdcəsindən vəsait cəlb etmədən müxtəlif təyinatlı kapital və cari xərclərin qarşılanmasını təmin edib, habelə üzərində olan bank borcunun ödəmə planını üstələməklə, ciddi azaldılmasına nail olub. Bundan əlavə, əldə edilən gəlir hesabına yeni sahələrin inkişafına yönələn ilkin investisiya qoyuluşları da həyata keçirilib”.

  • Əvvəlki

    Azərbaycanda sahibkarlara verilən güzəştli kreditlərin həcmi 1,6 dəfə artıb

Digər xəbərlər