Avropa depozitarı "Euroclear" rublun qəbulunu dayandırıb. Rusiyalı investorların aktivləri dondurulub. Rubl qalıqları məcburən avroya çevrilib. Bu, Rusiya və Qərbin maliyyə sistemlərinin qopmasına doğru daha bir addım olub.
Belə ki, "Euroclear"də açılan hesablara Rusiya valyutası qəbul edilməyəcək: “Ödəniş etmək istəyənlər hələ də olarsa, biz buna görə heç bir məsuliyyət daşımırıq”, - deyə şirkətdən bildiriblər.