USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Azərlotoreya" Milli Məclisdə tənqid olundu - MƏSƏLƏ QALDIRILDI

24.02.2023 İqtisadiyyat
41 13
Millət vəkili Tahir Kərimli milli məclisin iclasında açıq mikrofona danışarkən "Azərlotereya"nı tənqid edib.

"Kommersant.az" xəbər verir ki, Milli Məclisin deputatı Tahir Kərimli mərc oyunlarının rəhbərliyinin Milli Məclisə çıxıb hesabat verməli olduğunu vurğulayıb:

“Sovet dövründə görürdüm ki, Rayon İcra Komitələri lotoreyanı necə təşkil edirlər. Kimi istəyirdilərsə, uduşa da onu salırdılar. Mən bunları desəm də, bilirəm ki, bu orqan ləğv olunan deyil. Amma deyirlər, bu xalqın rifahı üçündür. Mən başa düşmürəm xalqın burda nə rifahı var? Xalq burada sadəcə aldadılır. Heç kim buna hansısa formada nəzarət olunduğunu deyə bilməz. Gəlsin lotoreyaya məsul şəxs bir dəfə hesabat versin, görək, neyləyib? Məsələn, zəlzələyə nə kömək edib? Hansı işi görüb? Azərbaycan xalqının rifahı üçün neyləyib? Ancaq ciblərini doldururlar, bilmirik hara gedir bu vəsait? Qumar şirin olduğundan camaat qurşanır, oynayır, sonra da müflis hala düşür. Bu, cibə də, təhsilə də böyük ziyandır”-deyə millət vəkili bildirib.

  • Əvvəlki

    "Əmanətlərə tətbiq olunan vergi kiçik bankları sıradan çıxaracaq" - ŞƏRH

Digər xəbərlər