USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bank sığorta şirkətlərinə təzyiq edir? - AÇIQLAMA

27.02.2023 İqtisadiyyat
11 10
Son zamanlar sığorta şirkətlərinin "könüllü müraciətlə" avtomobil sığortası lisenziyasının əlindən alınması ilə bağlı xəbərlər gedir. Eyni vaxtda da 8 nəfər fiziki şəxsin sığorta lisenziyası ləğv olunub. Belə bir sual yaranır ki, görəsən, Azərbaycan Mərkəzi Bankının (qısaca - AMB) sığorta şirkətlərinə təzyiqinin səbəbi nədir?

"Kommersant.az" xəbər verir ki, mövzu ilə bağlı Azərbaycan Sığortaçılar Assosiasiyası (qısaca - ASA) İctimai Birliyinin İcraçı direktorunun müşaviri Məmməd Ağayev bildirib:

"Sığortaçıya verilmiş lisenziya "Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununun 105-ci maddəsinə uyğun olaraq ya şirkətin könüllü müraciəti, ya da qanunvericiliklə müəyyən olunmuş tələblərə şirkət tərəfindən vaxtında və ya tam əməl edilmədiyi halda məhdudlaşdırıla bilər. ASA olaraq bildirmək istəyirik ki, yaxın keçmişdə Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə lisenziyadan imtina etmiş şirkətlər bunu birbaşa öz istəkləri və nəzarətedici orqana yazılı müraciətləri ilə ediblər.

Fiziki şəxslərin lisenziyalarının ləğvi məsələsinə gəldikdə isə qeyd etmək istəyirik ki, bu, ya həmin şəxsin könüllü istəyi ilə, ya da lisenziyaya malik fiziki şəxs tərəfindən qanunvericiliyin tələbləri pozularsa və ya hesabatlılıqdan yayınılarsa, baş verər".

ASA müşaviri bildirdi ki, fiziki şəxslərin lisenziyasının yuxarıda göstərilən səbəblərdən hansı üzrə ləğv olunması ilə bağlı informasiyaya isə AMB sahibdir.

  • Əvvəlki

    “Yapı Kredi Bank" səhvini düzəltdi

Digər xəbərlər

28.03.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
27.03.2024 İqtisadiyyat
Apple panoramik ekranlı iPhone-u icad etdi
0 0
27.03.2024 İqtisadiyyat
Avropada qazın qiyməti yenidən bahalaşıb
0 0
27.03.2024 İqtisadiyyat
Elektron ticarətə vergilər - YOLDADIR
0 0
27.03.2024 İqtisadiyyat
Avropada saatlıq əmək xərcləri artdı
0 0
27.03.2024 İqtisadiyyat
Türkiyənin xam neft idxalı artıb
0 0