USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

ABŞ TikTok qadağasını tətbiq etmək üçün - 30 gün verdi

28.02.2023 İqtisadiyyat
21 10
ABŞ hökumət qurumlarına Çin video paylaşma proqramı TikTok-un rəsmi telefonlarda istifadəsinə qadağa tətbiq etmək üçün 30 gün vaxt verib.

“New York Post”un xəbərinə görə, Ağ Ev ABŞ-ın İdarəetmə və Büdcə Ofisinin (OMB) direktoru Şalanda Yanqın imzası ilə qadağa ilə bağlı sirkulyar dərc edib.

Sirkulyarda Çin Kommunist Partiyasının (ÇKP) istifadəçi məlumatlarına girişə icazə verə biləcəyinə dair şübhələrdən sonra dekabr ayında qəbul edilən Konqres qanunvericiliyinə uyğun olaraq, TikTok tətbiqinin sahibi ByteDance-in federal hökumət telefonlarında və sistemlərində TikTok-dan istifadəsinə qadağa qoyuldu.

Mövzu ilə bağlı verdiyi açıqlamada OMB Federal İnformasiya Təhlükəsizliyi Başçısı Chris DeRuşa, 30 gün ərzində həyata keçirilməli olan direktivin rəqəmsal infrastrukturun təhlükəsizliyini təmin etmək, Amerika xalqının təhlükəsizliyini və məxfiliyini qorumaq məqsədi daşıdığını bildirib.

Rəsmi cihazları əhatə etmir.

TikTok qadağası milli təhlükəsizlik, hüquq-mühafizə və ya təhlükəsizlik araşdırmalarında istifadə edilən rəsmi cihazları əhatə etmir. ByteDance həmçinin istifadəçi məlumatlarının CCP ilə paylaşılması xəbərini rədd edərək, iddiaları "yalan məlumat" adlandırır.

Digər tərəfdən, ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsi bu gün ABŞ prezidenti Co Baydenə TikTok-u bütün ABŞ cihazlarında qadağan etmək səlahiyyətini verən qanun layihəsini səsə qoyacaq.

  • Əvvəlki

    Aİ Apple-ı ittiham etdi

Digər xəbərlər