Dönər qiymətləri artdı - ALMANİYADA

01.03.2023 İqtisadiyyat
22 8
Almaniyada da məşhur yeməklər arasında yer alan dönər kababının qiymətinin artması sosial mediada reaksiyalara səbəb olub. Reaksiyalardan sonra Almaniya hökumətinin sosial media hesabından açıqlama verilib.

Açıqlamada, dönər qiymətlərinin Rusiya-Ukrayna müharibəsi ilə artan xərclərə görə yüksəldiyi bildirilib.

Bu yaxınlarda hökumətin İnstaqram hesabında edilən açıqlamada, "Federal hökumət kiçik sahibkarlara yanacağın qiymətinin aşağı salınmasında kömək edir. Nəticədə dönər kababları ucuzlaşacaqmı? Hələlik bunu dəqiq deyə bilmərik”.

Bu açıqlamadan sonra bir Instagram istifadəçisi ““Cənab Scholz, zəhmət olmasa, dönərin qiymətini aşağı salın. Dönərə 9 avro ödəyirəm, heç orqanik də deyil. Tələbə olduğum üçün hər gün dönər almaq demək olar ki, mümkün deyil. Ona görə də mənə endirim etməyinizi istəyirəm” yazıb.

  • Əvvəlki

    Bu klinikanın direktoru istefa verdi - Gəray Gəraybəylinin rektoru olduğu ATU-da nə baş verir?

Digər xəbərlər

22.03.2023 İqtisadiyyat
Buğda qiymətləri geriləyib
14 12
22.03.2023 İqtisadiyyat
Neftimiz bahalaşıb
11 3