USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Rusiya Qərbə qaz kəmərlərini "partlatmağa" icazə verməyəcək - LAVROV

03.03.2023 İqtisadiyyat
8 21
Xarici işlər naziri Lavrov bildirib ki, Rusiya bundan sonra Qərbə qaz kəmərlərini "partlatmağa" icazə verməyəcək.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya enerji siyasətində Qərb ölkələrinə arxalanmayacaq:

"Bizim dayandırmağa çalışdığımız və Ukrayna xalqından istifadə edərək bizə qarşı başladılan müharibə, əlbəttə ki, Rusiyanın siyasətinə, o cümlədən enerji siyasətinə təsir etdi. Bir sözlə, dəyişən odur ki, biz bundan sonra heç birinə arxalanmayacağıq. Xüsusən də qərbdəki tərəfdaşlara...”, - deyə Lavrov Nyu-Dehlidə Raisina Dialoqu forumunda deyib.

O, vurğulayıb ki, Rusiya “onların daha boru kəmərlərini "partlatmasına" imkan verməyəcək”.

Bu, rusiyalı nazirin Ukraynadakı münaqişənin Rusiyanın enerji siyasətinə necə təsir etdiyi sualına cavabı olub.

  • Əvvəlki

    Nominal əmək haqqına görə Azərbaycan son sırada qərarlaşdı

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0
23.04.2024 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0