USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Səudiyyə Ərəbistanı Asiya və Avropa üçün neftin qiymətini artırıb

06.03.2023 İqtisadiyyat
11 5
Ən böyük neft ixracatçısı Səudiyyə Ərəbistanı Asiya və Avropa bazarları üçün neftin aprel qiymətlərinin artırdığını açıqlayıb.

Kommersant.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.

Məlumata əsasən, “Arab Light” markalı neftin aprel ayı üçün Asiya bazarına rəsmi satış qiyməti "Oman-Dubai" bençmarkının qiymətlərindən 2,5 dollar daha çox olub ki, bu da mart ayı qiymətindən 50 sent yüksəkdir.

Səudiyyə Ərəbistanının dövlət şirkəti olan “Saudi Aramco” aprel ayında Şimal-Qərbi Avropaya tədarük etdiyi neftin qiymətini bir barel üçün 1 dollar artırıb. Aralıq dənizində alıcılara "ICE Brent" üçün müəyyən edilmiş qiymətlər 0,3 dollar artıb.

Bildirilri ki, qiymətlərdə artım qlobal neft bazarına əhəmiyyətli təsir göstərən Ukrayna münaqişəsi nəticəsində baş verib.

  • Əvvəlki

    Məhəmməd Əmin Rəsulzadənin vəfatından 68 il ötür

Digər xəbərlər