USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Togg vergisi Maskı qəzəbləndirdi

06.03.2023 İqtisadiyyat
12 5
Çin mənşəli avtomobillərə tətbiq edilən əlavə gömrük rüsumu Türkiyədə şirkət quran Tesla-nı çətin vəziyyətə salıb. Belə ki, “Model 3”ün Çindən gətirilməsi planı da iflasa uğrayıb və şirkət Türkiyədə investisiya qərarını nəzərdən keçirir.

Ötən cümə günü dərc edilən elektrik avtomobilləri üçün SCT tənzimləməsi bazarı çaşdırıb. Togg-un satışına bir neçə gün qalmış elektromobillər üçün güzəştli ÖTV (Şəxsi istifadə vergisi) tətbiq edilən vergi bazası artırılıb, Çin mənşəli avtomobillərə isə əlavə gömrük rüsumu tətbiq edilib. Bu vəziyyət son vaxtlar bazara hücum edən Çin markalarının rəqabət qabiliyyətini xeyli endirməklə bərabər, Teslanı da çətin vəziyyətə salıb.

Xatırladaq ki, 2018-ci ildə ABŞ və Türkiyə arasında yaşanan “kahin böhranı”ndan sonra Tesla əlavə gömrük vergisi ilə sərgi salonu açmaq planını dayandırdı və 2022-ci ildə yenidən Türkiyəyə investisiya qoymağa qərar verərək şirkət qurdu. Mask Çin və Berlin istehsalı ilə vergi maneəsini dəf edəcəyini planlayırdı. Yeni elanlarla işə qəbul prosesini sürətləndirən Tesla, 2023-cü ilin ilk rübündə keçiriləcək Türkiyə təqdimatı ilə “Model 3” və “Model Y” avtomobillərini satışa çıxarmağa hazırlaşırdı. “Model Y” Berlindən, “Model” 3 isə Şanxaydan gəlməli idi. Lakin əldə olunan məlumata görə, Tesla yeni gömrük vergisindən sonra Türkiyədəki investisiya qərarlarına yenidən baxır. Tesla Türkiyə baş direktoru Kemal Geçer də əlavə gömrük rüsumlarının Teslanın Türkiyədəki planlarına mənfi təsir etdiyini bildirib.

  • Əvvəlki

    Çin hökuməti artım hədəfini YÜKSƏLTDİ

Digər xəbərlər

23.04.2024 İqtisadiyyat
Tesladan endirim
0 0
23.04.2024 İqtisadiyyat
Neftimiz ucuzlaşıb
0 0
23.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0